Səhiyyə Nazirliyindən dərmanlarla bağlı xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən dərmanlarla bağlı xəbərdarlıq

Səhiyyə Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində "Akineton", "Fenazepam" və "Alflutop" adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

“Akineton" adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib. Ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və "Parkinson" xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş "Trihexyphenidyl", "Carbidopa" və "Levadopa" tərkibli dərman vasitələrindən istifadə etmək olar.

"Fenazepam" preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

"Alflutop" preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan "Chondroitin sulfat", "Glucosamine sulfat" və "Alendronic acid" tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm