Kəmaləddin Heydərov Tərtərdə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Tərtərdə qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də saat 11:00-dan Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm