Qırmızı.az
Azercell “İlin şirkəti” adını qazandı
Hər zaman ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azərbaycanın lider mobil operatoru Azercell Telekom yenidən nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görüldü. Şirkət telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə) mükafatını qazandı. Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell bu mükafata layiq görülüb.
"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur
qazanmış şirkətlərin tanıdılmasıdır.Müsabiqənin missiyası nümunəvi
təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və
geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin
qiymətləndirilməsidir. Təsis olunduğu qısa müddət ərzində "Stevie"
dünyanın işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib.
İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının
təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business
Awards" mükafatı təqdim edilib.
Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət
layihələrinə görə “İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də
isə ətraf mühitin qorunmasına xidmət edən “Karbon Kalkulyator”
layihəsinə görə”İlin Kreativ Komandası”, 2014-cü ildə isə 3
nominasiya üzrə lin ən yaxşı məhsulu (“Bölgə” tarifinə görə), İlin
Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki
nailiyyətlərə görə, İlin ən yaxşı Müştəri Xidməti(Müştəri Loyallığı
İndeksinin ölçülməsinə dair layihəyə görə)üzrə Stevie mükafatına
layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra
innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq,
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi,
tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron
xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı
payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə
edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon
nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə
4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində
fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və
27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir
hissəsidir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!