Nazirliklər və məhkəmələr işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Nazirliklər və məhkəmələr işçi axtarır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.

Komissiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqəyə 30 dövlət orqanı üzrə 130 vakansiya çıxarılıb.

Vakansiya elan olunan 130 yerdən 9 yer Səhiyyə Nazirliyinə, 44 yer Energetika Nazirliyinə, 10 yer Nəqliyyat Nazirliyinə, 1 yer Dövlət Mülki Aviasiya Administrasiyasına, 1 yer Prezident yanında Ali Attestasiya Komissiyasına və digər 65 yer isə məhkəmə orqanlarına aiddir.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı avqustun 28-dən sentyabrın 26-dək saat 18:00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm