• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ehtiyatda olan zabitlər necə səfərbər olunur - RƏSMİ MÖVQE

Ehtiyatda olan zabitlər necə səfərbər olunur - RƏSMİ MÖVQE

“Azərbaycanda ehtiyatda olan zabitlər hər an səfərbər oluna bilər”. Bunu Publika.Az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nürəddin Heydərov bildirib.

Hələlik bununla bağlı heç bir addımın atılmadığını vurğulayan N.Heydərov deyib: “Hərbi vəzifə və hərbi xidmət haqqında ölkə qanunun 45.1 maddəsinə əsasən hərbi vəzifəlilərin ehtiyatda olduğu dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Zabitlərin Xidmətin idarələrinə dəvət olunması da bu maddələrlə əlaqədar ola bilər. Ancaq hələlik bu istiqamətdə heç bir konkret addım atılmayıb”.

Xatırladaq ki, bəzi KİV-lərdə Azərbaycanda ehtiyatda olan zabitlərin şərti “həyəcan” siqnalı ilə səfərbər olunacağı və ehtiyyatda olan zabitlərin siyahısının dəqiqləşdirilməsi barədə məlumatlar yayılıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR