Qırmızı.az
AMEA Türk Akademiyası ilə əməkdaşlığa başlayır
AMEA Mərkəzi Elmi Kitabxanası Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Türk Akademiyası ilə beynəlxalq kitab mübadiləsi sahəsində əməkdaşlıq müqaviləsi bağlayıb.
Publika.Az-ın məlumatına görə, müqavilə Türk Akademiyasının başkanı Prof. Dr. Darhan Kıdırali və Mərkəzi Elmi Kitabxananın direktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli tərəfindən imzalanıb. Beləliklə, dünyanın 72 ölkəsində 585 partnyoru olan Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrinin inkişafını davam etdirir. Hazırda Türk Akademiyası ilə Mərkəzi Elmi Kitabxana arasında ədəbiyyat mübadiləsi istiqamətində işlər tamamlanmışdır. Qeyd edək ki, göndərilməsi nəzərdə tutulan ədəbiyyat əsasən Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və digər sahələri əhatə edir.
Xatırladaq ki, 2012-ci ilin may ayında Türk Akademiyası Mərkəzi Elmi Kitabxanaya 24 adda 100-ə yaxın kitab hədiyyə edib. Kitabxanada həmin ədəbiyyatların Azərbaycan və Qazaxıstan alimlərinin iştirakı ilə böyük təqdimatı keçirilib. Müqavilə Prezident İlham Əliyev 2012-ci il avqustun 23-də, Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə imzaladığı fərman əsasında həyata keçirilib.
Publika.Az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO