Qırmızı.az
Keçmiş polisi öldürən şəxslə bağlı YENİ ŞOK FAKTLAR - FOTOLAR/VİDEO
Avqustun 28-nə keçən gecə Nizami rayonu Əzimzadə küçəsi
20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsini törədən 1982-ci il
təvəllüdlü Rövşən Həsənov barədə şok faktlar üzə
çıxıb.
Publika.az AzNews.az-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşını güllələyərək öldürən həmin şəxs kriminal aləmə yaxın adam olub.
Məlumata görə, R. Həsənovun “oğru aləmi”ndə xeyli dostları var. Deyilənləri onun “Facebook” sosial şəbəkəsindəki statuslarından da görmək olar.
Daha çox kriminal xəbərləri paylaşan, bu sahəyə aid statuslar yazan
Rövşən Həsənovun “oğru dünyasına” marağı dərhal görünür.
O, statuslarından birində özü barədə, demək olar ki, açıq məlumat verib: “Biz qanuni oğrular deyilik, lakin anlayışlı insanlar bizə dəyər verirlər. Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır. Biz silahlanmamışıq, lakin həmişə təhlükəliyik. Bizi heç yerdə gözləmirlər, lakin bizi görməyə hər yerdə şaddırlar. Biz azıq, lakin biz vahidik. Biz – azərbaycanlılarıq”.
Onun kriminal aləmlə yaxınlığını “Facebook” hesabında yayımladığı video da sübut edir. Doğum günündə çəkilmiş videoda meyxanaçılar - Rəşad Dağlı və Pərviz Bülbülə, yalnız kriminal aləmə aid meyxanalar deyir və Rövşən Həsənovu tanınmış avtoritetlərin davamçısı kimi təqdim edirlər. Hətta onlar söylədikləri meyxanaların birində “Vaxtında Mamed gedən yolları indi də Rövşən gedir aşikarə” deyə vurğulayıblar.
AzNews.az həmin videonu təqdim edir:
Məlumat üçün qeyd edək ki, Rövşən Həsənəv ”Facebook”da öz adı
ilə qeydiyyatdan keçmədiyi üçün həmin profili qeyd etmirik.
Bildirək ki, qeydiyyatdan keçdiyi ad da kriminal aləmə aid ləqəbdir.
Qeyd edək ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında
yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə
ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında
bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən
Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə
atəş açaraq qətlə yetirib.
Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət
qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı
avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı
xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib. Nadir İbrahimov
3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək
mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon
Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim
olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil
verib.
Qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK