Qırmızı.az
DİQQƏT: Bakıda bəzi avtobusların marşrut xətləri dəyişdirildi
Bakıda marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub. Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
Məlumata görə, sentyabrın 1-dən “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.
1 saylı marşrut avtobusunun hərəkət cədvəli: “Koroğlu” metrostansiyası – Heydər Əliyev prospekti -28 may metro stansiyası istiqamətində olacaqdır. Hərəkət cədvəlində dəyişiklik edilən:
-11 nömrəli marşrutun əvvəlki xətti:
Sadıqcan küçəsi. -“H.Aslanov” metro st.dan Q.Qarayevpr. ilə “Koroğlu” metro st.- Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)
Yeni xətlə :
-“H.Aslanov” metro st.dan Q.Qarayevpr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.
38 nömrəli marşrutun əvvəlki xətti:
- Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç.- “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.
Yeni xətlə :
- Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.
-136 nömrəli marşrutun əvvəlki xətti :
S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS
Yeni xətlə:
“Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.
-184 nömrəli marşrutun əvvəlki xətti :
-Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.
Yeni xətlə:
- Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.
100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilmişdir. Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.
Gülnar Əliyeva
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək