Qırmızı.az
Nazirlik çaylardakı vəziyyətlə bağlı açıqlama verdi
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 110 faizini təşkil edir.
Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm,
Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma,
Şirvanda 8 sm, Salyanda isə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2014-cü il
avqustun 31-də 307 sm), Şirvanda 221 sm (2014-cü il avqustun 31-də
152 sm), Salyanda 135 sm (2014-cü il avqustun 31-də 85 sm), Bankədə
165 sm (2014-cü il avqustun 31-də 211 sm), Araz çayının Novruzlu
məntəqəsində isə 70 sm (2014-cü il avqustun 31-də 38 sm) təşkil
edir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK