Vaşinqton və Moskvanın Bakı uğrunda müharibəsi – “Stratfor”dan ŞOK MƏQALƏ
Bizi izləyin

Qırmızı.az

Vaşinqton və Moskvanın Bakı uğrunda müharibəsi – “Stratfor”dan ŞOK MƏQALƏ

ABŞ Mərkəzi Kəşfiyyatının kölgəsi hesab olunan “Stratfor” beyin mərkəzi Azərbaycanla bağlı məqalə hazırlayıb.

Publika.az xəbər verir ki, “Azərbaycanın çevik milli strategiyası” adlanan məqalədə əvvəlcə Bakı bulvarının təsviri verilir və qeyd olunur ki, görkəmli binalara sahib olan Bakı yalnız Azərbaycanın siyasi və kommersiya əhəmiyyətinə malik olan məkan deyil, həmçinin, Avrasiyada aparıcı enerji oyunçusunun mərkəzidir.

“Azərbaycan müstəqilliyinin 24 ilini yaşayır. 24 il tarixi baxımdan qısadır, lakin bu müddət Azərbaycan üçün nəhəng dəyişikliyə səbəb olub. 1991-ci ildə qazanılan müstəqillik uğursuz başladı. Azərbaycan həmin vaxt Ermənistanla müharibənin tam ortasında idi. Mixail Qarbaçovun başladığı yenidənqurma zamanı Ermənistan etnik ermənilərin əli ilə Qarabağı zəbt etdi. Müharibə tam yedi il davam etdi və minlərlə həyat bahasına başa gəldi. Sonda Azərbaycan təkcə Qarabağı itirmədi, həmçinin, 7 rayondan məhrum oldu. Müstəqilliyinin ilk illərində Azərbaycanın siyasi arenası olduqca qarışıq idi. Üç ilə üç hökumət dəyişikliyi oldu. 1992-ci ildə birinci prezident Ayaz Mütəllibovu Əbülfəz Elçibəy əvəz etdi. 1993-cü ildə hakimiyyətə Heydər Əliyev gəldi. Müstəqil Azərbaycanın üçüncü prezidenti kimi Heydər Əliyev ölkəni birləşdirməyi və siyasi qaydalar tətbiq etməyi bacardı. Ermənistanla atəşkəs bağlandı. Heydər Əliyev bu gün də tətbiq olunan Azərbaycanın milli strategiyasını yaratdı. O, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün enerji ehtiyatlarından istifadə etməyə başladı. Böyük layihələrə imza atdı və ölkəni 1990-cı illərdə Qərbi neftlə təmin edən əsas resurslardan birinə çevirə bildi. Heydər Əliyev həmçinin ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün xarici güclər arasında balanslaşdırılmış siyasət yürütməyə başladı. Azərbaycan Qafqaz regionunda Rusiya, Türkiyə, İran, Birləşmiş Ştatlar və Avropa ilə eyni münasibətləri qoruyub saxlayır, onların heç birinə meyl etmir. Azərbaycan nə Ermənistan kimi Rusiya ilə hərbi cəhətdən bağlandı, nə də Gürcüstan kimi Qərbə üz tutdu. O, Türkiyə və İranla iqtisadi münasibətlərini genişləndirdi”- deyə məqalədə bildirilir.

“Stratfor” yazır ki, Heydər Əliyevdən sonra Prezident İlham Əliyev enerji resurslarının hesabına Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi və onu şaxələndirdi: “Hərbi xərclər ərazi bütövlüyünü bərpa etmək üçün artırıldı. İlham Əliyev də Heydər Əliyevin qurduğu milli strategiyanı izlədi. Rusiya, Türkiyə və Qərb arasında eyni məsafə saxladı və onların heç birinin yanında yer almadı. Bakı Tehranın nüvə proqramı üzrə Qərb-İran danışıqlarından tutmuş, 2008-ci ilə Gürcüstan müharibəsində qədər geniş regional dinamikanın effektlərini diqqətlə izlədi. Azərbaycan ittifaqlarda yer almaqdan boyun qaçırdı, o, geosiyasi şərtlərə əsaslanan bütün tərəflərlə iş görməyə üstünlük verir”.

Məqalədə qeyd olunur ki, Ukrayna böhranından sonra Rusiya və Qərb arasında toqquşma geosiyasət baxımından Azərbaycan üçün də çətinliklər yaradır: “O, Avropada enerji payçısı olmaq uğrunda səylərini artırıb. Transxəzər layihəsində iştirak etməyə razıdır. Ukrayna münaqişəsində Rusiyanın zəifləməsi Bakıya Dağlıq Qarabağı qaytarmaq üçün də əlavə şanslar verir. Hazırda Azərbaycan regionda Qərb və Rusiya üçün eyni dərəcədə əhəmiyyətli ölkədir. Vaxtilə Azərbaycan balans siyasətindən öz müstəqilliyini qorumaq üçün istifadə edirdi. Hazırda bu siyasət Avrasiyada vacib oyunçu və regional güc olmağa xidmət edir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm