DİQQƏT - "MetroKart"ların balans müddəti bitdi
Bizi izləyin

Qırmızı.az

DİQQƏT - "MetroKart"ların balans müddəti bitdi

Bu gündən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq.

Publika.az xəbər verir ki, artıq köhnə yükləmə aparatları bloklanıb, istifadə edilmir. Amma kartda gediş haqqı varsa, sərnişinlər həmin məbləğdən sentyabrın 30-dək istifadə edə biləcək.

Oktyabrın 1-dən etibarən isə “MetroKart”ın istifadəsi tam dayandırılacaq. Sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə biləcəklər. Həmçinin metrodakı turniketlər də tam yenilənəcək.

Qeyd edək ki, avqustun 8-dən etibarən “Bakı Metropoliteni” QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Bununla da paytaxtda vahid kart sisteminin tətbiqinə başlanılıb. Kartdan həmçinin “BakuBus” avtobuslarında istifadə etmək mümkün olacaq.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

Sərnişinlər “MetroKart” və “BakıKart»larla yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov”, “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart-Analiz” mərkəzlərinə, 4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm