• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Modern.az 6 yaşını qeyd edir

Modern.az 6 yaşını qeyd edir

Sentyabrın 1-də Modern.az xəbər portalı növbəti ad gününü qeyd edir. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 6 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Modern.az-ın baş redaktoru Əfqan Qafarlı bildirib ki, saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.

“Bu illər ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 6 il ərzində oxuculara yanlış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla bağlı İP məsələsində hansısa problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, Modern.az yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.

Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik”, - deyə baş redaktor əlavə edib.

Ə.Qafarlı deyib ki, Modern.az saytı yaxın vaxtlarda oxucularına sürpriz edəcək: “Bu, saytın tərtibatı ilə bağlı olacaq. Modern.az 6 ildir demək olar ki, dizaynda dəyişiklik etmədən fəaliyyət göstərib. Və bəzi oxucularımız son vaxtlar bunu bizə tez-tez irad tutublar. Haqlı iraddır. Nəhayət, yaxın vaxtlarda saytımız tam fərqli dizaynda, yeni görünüşdə olacaq. Artıq saytın yeni dizaynı üzərində işlər tamamlanmaq üzrədir. Ümid edirəm ki, yeni loqo ilə fərqli tərtibat oxucuların zövqüncə olacaq”.

Publika.az həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR