Ali məktəblərə keçid balları endirilməyəcək - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərə keçid balları endirilməyəcək - RƏSMİ

Bu ildən ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid ballarının 150 bala endirilməməsi qərarı Təhsil Naziriyinin təklifi idi. Əvvəlki illərdən fərqli olaraq, bu il keçid balı 200 bal müəyyənləşib.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

C.Valehov bildirib ki, bu il Prezident yanında Təhsil Komissiyası Təhsil Nazirliyinin təklifi ilə minimal keçid balının 200-dən aşağı endirilməməsi barədə qərar qəbul edib:

“Təhsil Nazirliyinin bu təklifi İqtisadiyyat və Sənaye, Ədliyyə, Maliyyə nazirlikləri, TQDK tərəfindən də dəstəklənib və ümumi qərar bundan ibarət olub ki, bu və gələcək illərdə elan olunmuş ballar saxlanılacaq. Nəticədə universitetlərimizi əvvəlki illərə nisbətən daha keyfiyyətli tələbələrlə təmin edəcəyik”.

C.Valehov bu gün aşağı balla ali məktəbə qəbul olan tələbələrin əmək bazarı üçün problemə çevrildiyini deyib.

“Əgər aşağı bal toplayan tələbənin 4 ildən sonra məzun olduğu vaxt göstəricilərini təhlil etsək, nəticənin heç də ürəkaçan olmadığını görərik. Burada sadəcə olaraq, əlavə vaxt və resurs itkisi, əmək bazarına yönələn çoxsaylı kadr axını təhsilin ali olduğunu şübhə altına alır. Aşağı balın ümidinə qalan təhsil müəssisəsi perspektivi görə bilmir

Aşağı bal toplayan tələbə isə təhsil aldığı dövrdə yuxarıya doğru təhsil mühiti görmədikdə, universiteti də öz ardınca aşağıya doğru aparır. Sonda oxuyan tələbə də, bacarıqsız məzunu qəbul edən əmək bazarı da əziyyət çəkir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm