• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Erməni bayrağına bürünmüş "Azərbaycan tarixi" barədə AÇIQLAMA

Erməni bayrağına bürünmüş "Azərbaycan tarixi" barədə AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə “Azərbaycan tarixi haqqında məlumat kitabı” adlı hazırlıq kitabının Ermənistan bayrağının rənglərində olması müzakirəyə çevrilib.

Publika.az xəbər verir ki, müzakirələr zamanı bunun təsadüf olmadığı, məqsədli şəkildə bu rəngdə verildiyi bildirilib.

Kitabın üz qabığında onu “Didaktika” mağazasından əldə etmək tövsiyə edilir. Yəqin ki, kitab məhz bu nəşriyyatda hazırlanıb. Kitabın üz qabığında qeyd olunan nömrələrlə əlaqə saxladıq. Şəhər telefonlarına cavab verən xanım oranın başqa bir mağaza olduğunu dedi. Mobil nömrələrlə dəfələrlə əlaqə saxlasaq da, cavab verən olmadı.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun həmin kitabın nazirliklə heç bir əlaqəsi olmadığını bildirib.

“Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan “Azərbaycan Tarixi məlumat kitabı” dərslik deyil, üz qabığından da göründüyü kimi, ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Hissiyyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR