Hüquq mühafizə orqanları Moskvada: Sterliqov dindiriləcək
Bizi izləyin

Qırmızı.az

Hüquq mühafizə orqanları Moskvada: Sterliqov dindiriləcək

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu German Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

Publika.az respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal edilmiş ərazilərə daxil olmuşlar.

Bundan başqa, German Sterliqov qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat kofransı keçirmiş və özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifədə məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin istismarına, pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar etmiş, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq etmişdir.

Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və o, dövlətlərarası axtarışa elan edilmişdir.

2015-ci il avqust ayının 31-də, saat 17 radələrində German Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən "Domodedovo" hava limanında saxlanılmış və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm