20 illik Azərbaycan Trendi
Bizi izləyin

Qırmızı.az

20 illik Azərbaycan Trendi

Bu gün Trend İnformasiya Agentliyinin 20 yaşı tamam olur.

1995-ci il sentyabrın 1-də Azərbaycanın media sferasına ilk qədəmini basmış mətbu orqan özünəməxsus dəst-xət, üslub, informasiya siyasəti yürüdərək, qısa müddət ərzində böyük oxucu auditoriyası qazandı. Çox keçmədi ki, ölkəmizdə və onun sərhədlərindən kənarda baş verən ictimai, siyasi, sosial hadisələr barəsində doğru, dəqiq və operativ informasiya almaq üçün məhz “Trend”i xəbər ünvanı seçdilər.

Operativ informasiyaları, bədii-publisistik, analitik yazıları ilə mətbuatda özünəməxsus yeri və rolu olan, öncüllər sırasındakı mövqeyini bu gün də qoruyub saxlayan peşəkar “Trend” kollektivi gələcəyə böyük inamla addımlayır.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Publika.az-a bildirdi ki, mətbu orqan öz işini beynəlxalq normalara uyğun qurub: “İnformasiya agentliyi beş dildə fəaliyyət göstərir. Trend öz oxucularını Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində məlumatlandırır. Əsas məqsədimiz xəbərləri operativ, qərəzsiz formada oxucularımıza çatdırmaqdır. Habelə peşəkar yazarlarla kadr potensialını daha da təkmilləşdirmək, Azərbaycan həqiqətlərini dünyaya ətraflı çatdırmaqdan ibarətdir. Ölkəmiz haqqında bütün məlumatları beynəlxalq aləmə olduğu kimi çatdırmaq hədəflərimiz sırasındadır”.

Kadr potensialının daim təkmilləşməsi istiqamətində fəaliyyətini genişləndirən peşəakar kollektiv analitik yazılara da üstünlük verir: “20 il əvvəl yaradılmış “Trend” Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibində region və Qərb ölkələrinin onlarla tanınmış, müstəqil eksperti fəaliyyət göstərir”.

Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi, peşəkar jurnalistlərə malik olan informasiya agentliyi beş dildə hər gün təxminən 500 məqalə dərc edir.

Publika.az kollektivi Trend ailəsini 20 illik yubileyi münasibətilə təbrik edir, "uğurlarınız bol olsun" deyirik.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm