• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

TQDK qalmaqallı “Azərbaycan tarixi” barədə açıqlama yaydı

TQDK qalmaqallı “Azərbaycan tarixi” barədə açıqlama yaydı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzərində Ermənistan bayrağının əks olunduğu “Azərbaycan tarixi” kitabı barədə məlumat yayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, son günlər sosial şəbəkə və mətbuatda müzakirəyə çevrilmiş "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş kitabın giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

“TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.

Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “Vəsait” də bu qəbildən olmaqla Komissyaya heç bir aidiyyəti yoxdur”- deyə TQDK-nın məlumatında qeyd olunur.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR