Çaylarda çirklənmənin vəziyyəti açıqlandı
Bizi izləyin

Qırmızı.az

Çaylarda çirklənmənin vəziyyəti açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, III ongünlüyü üçün növbəti monitorinqlər aparıb.

Avqustun III ongünlüyündə Kür çayında suyun sərfi ayın II ongünlüyünə nisbətən 35 m3/san artaraq 109 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kürçayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların miqdarının yol verilən qatılıq həddindən (YVQH) bir neçə dəfə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.1, Ağstafaçay su anbarında isə 2.5 dəfə YVQH-ni keçib.

Avqustun III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.87-7.50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm