DƏHŞƏT: Azərbaycanda inkubator cücələri bir-birini yeyir - Foto
Bizi izləyin

Qırmızı.az

DƏHŞƏT: Azərbaycanda inkubator cücələri bir-birini yeyir - Foto

DƏHŞƏT: Azərbaycanda inkubator cücələri bir-birini yeyir

Cücələr yaralı cücənin ətini elə “sümürürlər” ki, təkcə sümükləri qalır

Dövlət Baytarlıq Xidməti “Zaman-Azərbaycan”a bununla bağlı açıqlama verdi. Qulaq gündə bir söz eşitməsə, kar olar deyirlər. Həqiqətən, hərdən elə şeylər eşidirik ki, təəccüblənməyə bilmirik. Özü də elə şeylər ki, bəlkə nə vaxtsa bu barədə fantastik kinolarda eşitmişik. Zaman Azərbaycan qəzeti yazır ki, söhbət Azərbaycanın bir çox bölgələrində, xüsusən də, Aran rayonlarında fərdi təsərrüfatlarda saxlanılan cücələrin bir-birilərini yemələrindən gedir.

Eyni hal Ağcabədi və Zərdab rayonlarında da yaşanır. Araşdırmalarım zamanı bəlli oldu ki, cücələrin bir-birilərinə hücum etmələri halı onların hamısına aid deyil. Belə ki, yüz illərin sınağından çıxmış təcrübə əsasında alınan cücələr - yəni toyuğun kürt yatmasından əldə edilən cücələr heç də bir-birilərinə hücum etmirlər. Problem inkubatorlardan alınan cücələrdə yaşanır.

İnkubator nədir?

İnkubator cücələrinin digərlərindən fərqi nədir?

- Bu cücələr ac və ya tox olmalarından asılı olmayaraq, bir-birilərini didişdirir, hücum çəkir, öldürür, hətta içalatını belə yeyirlər.

- İnkubator cücələri qırmızı rəngdə olan hər şeyi ət zənn edib ona hücum çəkirlər.

- Bu cücələr hətta insanların üzərinə belə tullanırlar. Əllərini, üzlərini dişləmək istəyirlər.

- Bir yerdə yaşayan bu cücələrdən hansısa birinin tükü tökülərsə, bədənindən qan axarsa, sonu çatıb deməkdir. Belə ki, digər cücələr onun üzərinə tökülüşür və parçalayırlar.

- Cücələr yaralı cücənin ətini elə “sümürürlər” ki, təkcə sümükləri qalır.

İnkubator cücələri necə alınır?

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu hal yalnız inkubator cücələri arasında qeydə alınıb. Düşünə bilərsiniz ki, yəqin inkubatorda yetişdirilən cücələr tutaq ki, mənşəyi məlum olmayan yumurtalardan alınıb. Amma əsla belə deyil. Söhbət ondan gedir ki, bu cücələr kənd yerlərində yaşayanların öz həyətlərində saxladıqları toyuqların yumurtalarından alınır.

Eyni toyuğun yumurtasından inkubator vasitəsilə çıxan cücələr bir-birilərinə hücum edirlər, amma toyuğun kürt yatması yolu ilə alınan cücələr yox.

Cücələr nə vaxtadək bir-birilərinə hücum edirlər?

Məlumat üçün bildirim ki, cücələr inkubatorda yumurtadan 21 gün sonra çıxırlar. Cücələrin hamısı yumurtadan çıxdıqdan sonra fərdi təsərrüfat sahibinə, yəni sifarişçiyə təhfil verilir. Belə təsərrüfat sahiblərindən birinin bizə verdiyi məlumata görə, cücələr təqribən iki aylığınadək bir-biri ilə necə deyərlər, çarpışırlar. Bu “döyüşdən” güclülər salamat çıxırlar.

Onu da öyrəndik ki, cücələrin bir-birilərinə hücumu onların ac və ya tox olmalarından asılı deyil - hər zaman hücum çəkirlər. Bu vəziyyət cücələrin 2 aylığınadək davam edir. Onlar bağlı yerdən (cücələr bu müddətədək bağlı yerlərdə müxtəlif heyvanların hücumundan qorunmaq üçün saxlanılır-N.İ) həyətə buraxıldıqdan sonra bir-birilərinə hücumuna birdəfəlik son qoyulur.

Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri problemdən çıxış yolunu göstərdilər

Bəs inkubator cücələrinin bir-birlərinə hücum etmələrinin səbəbi nədir? Bu, onların geninin dəyişdirilməsi, şüalandırılması, qidaları ilə bağlı olar bilərmi? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov “Zaman-Azərbaycan”a müsahibəsində cücələr arasında müşahidə olunan bu halın vitamin çatışmazlığı ilə bağlı ola biləcəyini söylədi. Sektor müdirindən soruşduq ki, cücələr böyüdükdən sonra onların ətinin yeyilməsi insanlar arasında hansısa xəstəliyə səbəb ola bilərmi? Kliment müəllim belə bir təhlükənin olmadığını söylədi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin eksperti Tahir Allahverdiyev isə mövzu ilə bağlı “Zaman-Azərbaycan”a açıqlamasında inkubator cücələrinin bir-birinə hücumunu onların orqanizmində mineral maddələrin çatışmaması ilə əlaqələndirdi. Tahir Allahverdiyevin sözlərinə görə, həmin cücələrdə kalium elementi çatışmır.

Dövlət Baytarlıq Xidmətinin eksperti Tahir Allahverdiyev bu mövzuda məsləhətlərini də verdi: “Baytarlıq apteklərində “Mikrovit” deyilən dərman satılır. Tərkibi mineral maddələrdən ibarətdir. Yemə qatılaraq cücələrə verilməlidir”.

Müsahibimiz kalium marqanesovkanın da bu məsələdə faydalı olacağını söylədi: “Gündə 1 dəfə cücələrə verilən suyun tərkibinə (onların yaşına uyğun olaraq, birin minə nisbətində) kalium marqanesovka əlavə edib 5-6 gün ərzində verilməlidir. Bununla həmin problem həll olunacaq.

Cücələrin bağlı yerdən açıq həyətə buraxılandan sonra bir-birilərinə hücum etməmələri də bizim dediklərimizi təsdiqləyir. Yəni onlar həyətlərdə qəbul etdikləri qidaların tərkibində lazımi maddələri alırlar deyə artıq bir-birilərinə hücum etmirlər”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm