İcra başçısı 700 bal toplayan qıza maşın verdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İcra başçısı 700 bal toplayan qıza maşın verdi - FOTOLAR

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qəbul imtahanında 700 bal toplayan Asya Mahmudovaya avtomobil hədiyyə edib.

A.Mahmudova ilkin təəssüratını Publika.az-la bölüşüb.

“Bu gün icra başçısı rayondan ali məktəbə qəbul olan hər kəslə görüş keçirdi. 600 bal toplayanlara hədiyyələr, pul verildi. Ancaq mən 700 bal topladığıma görə maşın verdilər. İcra başçısı hələ 3 il əvvəl rayondan 700 bal toplayan gəncə maşın verəcəyini demişdi. Amma 700 bal toplayanda maşın ağlıma gəlməmişdi. Əsas istəyim bu balı toplamaq və Tibb Universitetinə qəbul olmaq idi. İcra başçısı maşın verdi, çox sağ olsun”.

Maşını kimin sürəcəyinə gəlincə, Asya sürməyi öyrənəcəyini deyib:

“Ailədən istifadə etməyimi tövsiyə edirlər. Maşın sürə bilmirəm, öyrənəndən sonra, yəqin ki, sürərəm”.

Qeyd edək ki, Asya Mahmudova bu il dördüncü ixtisas qrupu üzrə 700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə qəbul olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm