Dövlət Komitəsi boşanmaların artması məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi boşanmaların artması məsələsinə aydınlıq gətirdi

“Azərbaycanda boşanma halları var, amma kəskin artması müşahidə olunmur. Biz boşanma hallarının faizlərini araşdırırıq. Bu göstərici əvvəlki səviyyədədir”.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda boşanma hallarının kəskin artması barədə yayılan məlumata münasibət bildirərkən deyib.

H.Hüseynova bildirib ki, bu gün boşanmaların bir çox səbəbləri var. O qeyd edib ki, dövlət tərəfindən gənc ailələr üçün ipoteka imkanları yaradılıb, sosial mühit daha da güclənib, gənc ailələrə yeni imkanlar açılıb: “Amma təəssüflər olsun ki, bizim gənc vətəndaşlarımız var ki, onlar ümumiyyətlə çalışmırlar, istəmirlər ki, öz həyatlarını dəyişsinlər. Bu məqamın da çox təsiri var. Son dövrdə daha peşəkar, daha inkişaf etmiş qızların sayı artır, amma oğlanlar elə bil ki, bu inkişafdan bir az geridə qalırlar. Bunu bütün gənclərə aid etmək olmaz, amma belə hallar da var və əfsuslar olsun ki, belə ailələrdə qızlar irəli gedəndə ailədə problemlər yaranır”.

Dövlət Komitəsinin sədri deyib ki, rəhbərlik etdiyi qurum ailələrdə bir-birilərinə hörmətin saxlanması istiqamətində daim iş aparır: “Biz Azərbaycanda güclü ailə siyasətini saxlamaq üçün ailə bayramları keçiririk. Çalışırıq ki, insanlar da bunu dərk etsin. Burada ağsaqqalların, ağbirçəklərin də sözü keçməlidir. Kiçik bir problem üstündə ailə dağılmamalıdır, dözümlülük olmalıdır. Bunlar hamısı bizim ailələrimizdə həmişə olub, amma çalışıb dözümlü olmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm