• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Komitə sədri ali məktəblərin Bakıdan köçürülməsindən danışdı

Komitə sədri ali məktəblərin Bakıdan köçürülməsindən danışdı

Bakıda kampusların yaradılması istiqamətində işlər aparılır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, Universitetlərin kampus şəraitində olması çox vacib məsələdir: "Artıq bir neçə ali məktəbin kampuslarının olduğunu deyən millət vəkili hesab edir ki, bu, Azərbaycanda təhsilin inkişafına ciddi təsir göstərəcək amillərdəndir. Azərbaycanın “Təhsil haqqında” qanununda kampusların yaradılması barədə xüsusi maddələr var. Bakıda kampusların yaradılması ilə bağlı proses artıq başlayıb və çox yaxşı nəticələr də var. Təsəvvür edin ki, geniş ərazi, yataqxanalar, kitabxana və hər cürə infrastrukturun hamısı kampusda əhatə olunub. Bütün bunlar gənclərin kampusdan kənara çıxmadan tələbatlarının təminatı deməkdir. Bununla yanaşı, bu cür infrasturkturun yaradılması təhsilin inkişafına töhfəsini verməyə bilməz”.

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən ali məktəblərin köçürülməsi məsələsinə gəlincə isə, Ş.Hacıyev bunun vaxt alan proses olduğunu qeyd edib: "Köçürülmə prosesi həyata keçirilən zaman bəzi ölkələrin təcrübəsindən istifadə olunacağı gözlənilir. Universitetlərin şəhərdən kənara köçürülməsinə vəsait və vaxt lazımdır. Bu, gələcəyin işidir, yaxın bir-iki ildə həll olunası məsələ deyil. Çalışacağıq ki, ən yaxşı təcrübədən istifadə edək. Əsas üstünlüyü Avropa ölkələri və Türkiyənin bu sahədə olan təcrübəsinə verəcəyik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR