• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycan Texnologiya Universiteti Keyfiyyət Assosiasiyası ilə memorandum imzaladı - FOTOLAR

Azərbaycan Texnologiya Universiteti Keyfiyyət Assosiasiyası ilə memorandum imzaladı - FOTOLAR

Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Universitetdən Publika.az-a daxil olan məlumata görə, imzalanmadan əvvəl universitet rəhbərliyi və ictimai birliyin nümayəndələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

ATU-nun rektoru, professor Akif Süleymanov deyib ki, bu ali təhsil ocağında Təhsil Nazirliyi tərəfindən pilot layihə olaraq həyata keçirilən "Müştəriyə Yönəlmə Proqramı" çərçivəsində qurulan əməkdaşlıq tədris prosesini keyfiyyətini yüksəltməyə və maddi-texniki bazanı zənginləşdriməyə imkan verəcək. Rektor həmçinin qeyd edib ki, universitetinin əsas intellektual məhsulu olan məzunların, ixtiraların, elmi-tədqiqat işlərinin və xidmətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə icrasına başlanılan proqramın digər hədəfi ATU-da tədris prosesini yeni təhsil strategiyasına uyğunlaşdırmaqdır.

ATU-nun elmi və texnika üzrə prorektoru Səbuhi Yusifov isə deyib ki, sözügedən layihənin reallaşdırılması məqsədilə ilkin olaraq 6 sənaye istiqaməti müəyyən olunub. Bunlardan biri də standartlaşdırma və ekspertiza sənayesidir. Azərbaycan Keyfiyyət Assosiasiyası ilə əməkdaşlıq məhz bu istiqamət üzrə əmək bazarının və müasir dövrün tələblərinə uyğun mütəxəsislərin yetişdirilməsinə zəmin hazırlayacaq.

Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyinin sədri Samir Novruzlu da əməkdaşlığın perspektivini yüksək qiymətləndirib. O, deyib ki, ATU təmsil etdiyi qurumla belə bir layihəni reallaşdırmaq təşəbbüsü göstərən ilk ali təhsil ocağıdır. Bu isə universitetə maddi-texniki bazanı gücləndirmək, tədris prosesinin keyfiyyətini yüksəltmək və beynəlxalq standartların tələblərinə cavab verən kadrların yetişdirməyə imkan verəcək.

Sonda ATU-nun professor-müəllim heyəti ilə Azərbaycan Keyfiyyət Assosiasiyasının nümayəndələri arasında əməkdaşlığın konkret istiqamətləri və detalları müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR