Seysmoloji Xidmət: “Avtoşoklar gözləniləndir, vahiməyə düşməyin”
Bizi izləyin

Qırmızı.az

Seysmoloji Xidmət: “Avtoşoklar gözləniləndir, vahiməyə düşməyin”

Bu gün səhər saatlarında ölkə ərazisində baş verən zəlzələ daha çox Şəki və Şamaxıda hiss olunub.

Bu barədə Publika.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Hüseynova məlumat verib.

“Zəlzələ baş verən andan saytımıza daim məlumatlar yerləşdirilir. Yerlərdən verilən məlumata görə, zəlzələ Mingəçevir, Qəbələdə, Ağdaşda, İsmayıllıda, Naftalanda da hiss olunub. Hazırda rayonlar üzrə dəqiqləşmə aparılır. Güclü zəlzələdən sonra avtoşoklar olur. Belə avtoşoklar gözləniləndir, əhali vahiməyə düşməsin. Hazırda Monitorinq Mərkəzində məlumatlar işlənir”.

Mərkəz bu gün episentri Şəki rayonu ərazisində olan və əksər ətraf rayonlarda hiss olunan zəlzələ ilə bağlı məlumatları yayarkən ehtiyatlı olmağı məsləhət görüb.

“Jurnalistlərdən və KİV-lərdən xahiş edirik xəbər yayarkən mərkəzin www.seismology.az rəsmi internet saytında yenilənən məlumatlara istinad etməyi tövsiyə edirik. Hər birinizdən xahiş edirik ki, dəqiqləşməmiş, qeyri-rəsmi informasiyalarin yayılmasına yol verməyəsiniz. Nəzərə almaq lazımdır ki, bu cür məlumatların yayılması insanlar arasında yersiz narahatçılıq, qorxu və təşviş yaradır. Vətəndaşlarımız arasında xəstə, qoca insanlar, hamilə qadınlar və azyaşlı uşaqlar var. Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bütün suallarınızı bizə ünvanlaya bilərsiniz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm