• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dəmiryolçularımız gücləndirilmiş iş rejiminə keçdi - zəlzələyə görə

Dəmiryolçularımız gücləndirilmiş iş rejiminə keçdi - zəlzələyə görə

Bu gün səhər saatlarında baş verən zəlzələ dəmiryol təsərrüfatına ciddi ziyan vurmayıb.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda yol təsərrüfatında enerji təchizatı, siqnallar və yollar yoxlanılır:

“Hər hansı problem qeydə alınmayıb. Qurumun İnfrastruktur Departamentinin əməkdaşları yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayır. Axşam qatarlar yola düşənə qədər araşdırma aparıb, dəmiryol xətlərindəki vəziyyətini öyrənəcəyik”.

Qeyd edək ki, bu gün səhər saatlarında ölkə ərazisində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR