Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olnacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Sentyabrın 5-də və 6-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti gözlənilir. Bu isə meteohəssas insanlar üçün əlverişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm