ABŞ nə üçün Azərbaycandakı zəlzələdən yanlış məlumat yaydı?
Bizi izləyin

Qırmızı.az

ABŞ nə üçün Azərbaycandakı zəlzələdən yanlış məlumat yaydı?

Bu gün səhər saatlarında Azərbaycanda baş verən zəlzələ təkcə yerli deyil, xarici mətbuatın da gündəmində olub. ABŞ mətbuatında verilən məlumatda Şəkidə baş verən zəlzələnin maqnitudası 5.4 olaraq göstərilib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında isə maqnituda 5.9, episentrdə isə 7 bal gücündə olduğu qeyd olunub.

İki mərkəzin hesablamaları arasında fərqə RSXM-nin mətbuat xidmətinin rəhbəri Vüsalə Hüseynova aydınlıq gətirib. O, Publika.az-a bildirib ki, ABŞ məsafə baxımdan Azərbaycandan uzaqda yerləşdiyinə görə, rəqəmlərdə kiçik fərqlərin olması normaldır:

“ABŞ mətbuatında yazılan rəqəm maqnitudada qeydə alınan rəqəmdir. Bizdəki hesablama ilə onlar arasında fərq azdır, bu da məsafə ilə əlaqədardır. Onlar da maqnituda əsasında hesablama aparsalar, rəqəm 7 bala yaxın olacaq. Ümumiyyətlə isə Azərbaycan seysmoloqlarının istifadə etdiyi avadanlıqlar müasirdir, digər ölkələrdəkindən fərqlənmir. Bizdəki cihazlar da ABŞ-da baş verən zəlzələni qeydə alır, lakin rəqəmlərdə kiçik səhvlər ola bilər. Bu məsələ səhv kimi anlaşılmır. Seysmoloqlar arasında bu məsələ razılaşdırılıb. Hər kəs öz ölkəsindəki cihazların qeydə aldığı rəqəmi yayır. Lakin ən doğru məlumat zəlzələ baş verən ölkənin cihazlarının qeydə aldığı rəqəmdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm