Nazirlik cərimələdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik cərimələdi

Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozulub. Pozuntulara görə,208 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 79 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 43 iş üzrə 35900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 1289.49 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 171 iş üzrə 38545.82 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 15, məhkəməyə isə 1 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm