• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lənkəranda avtomobil oğrusu tutuldu

Lənkəranda avtomobil oğrusu tutuldu

Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1975-ci il təvəllüdlü yerli sakin Nəsirov Qadir Qulam oğlu Göyşaban kəndi ərazisində avtonəqliyyat vasitəsinin qaçırılması ilə bağlı polisə müraciət edib.

Q.Nəsirovun məlumatına görə, ona məxsus "VAZ 2109" markalı "42 BC 468" dövlət qeydiyyat nişanlı avtomaşın kəndin mərkəzi hissəsindən oğurlanıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi tərk olunmuş halda başqa ərazidə tapılıb. Əməliyyat məlumatları əsasında 1989-cu il təvəllüdlü Rəhmanov Dilbər Vəfadar oğlu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Onun evinə baxış zamanı Q.Nəsirova məxsus olan mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda Lənkəran rayon Polis şöbəsində oğurluq faktı ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR