Qırmızı.az
Bakıda 15 yaşlı qız itkin düşdü
Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı azadinform-a itkin düşən Muxtarova Kəmalənin atası Elçin Muxtarov verib.
Elçin Muxtarov bildirib ki, sentyabrın 2-də, saat 13:15 radələrində evdən çıxan qızı Kəmalə Muxtarova bir daha geri qayıtmayıb: “Qızımı sonuncu dəfə yaşadığımız binanın həyətində görüblər və o, qonşu qızlara telefon nömrəsini dəyişəcəyini, sonra isə bacısıgilə gedəcəyini söyləyib, amma bacısıgilə gedib çıxmayıb. Günün sonunda isə onun telefonuna zəng çatmayıb”.
K.Muxtarovanın atası Bakı şəhər Baş Polis İdarəsinə və 23-cü Polis Bölməsinə müraciət etdiklərini söyləyir:
“Aradan beş gün keçsə də, qızımdan xəbər yoxdur. Polis bizə heç bir informasiya vermir və harada axtardıqlarını da demirlər. Daha doğrusu axtarışın aparılmasını hiss etmirik”.
Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən olan Muxtarovlar ailəsi hazırda Keşlə Dəmiryol Yataqxanasında məskunlaşıblar.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı