ADNA müəlliminin köməyə ehtiyacı var
Bizi izləyin

Qırmızı.az

ADNA müəlliminin köməyə ehtiyacı var

ADNA müəlliminin köməyə ehtiyacı var

Cəfərov Sənan Famil oğlu 4 ildir böyrək çatışmazlığından əziyyət çəkir.

Onun böyrəklərinin biri 7-10%, digəri isə 60% fəaliyyətdədir. Həkimlərin sözlərinə görə, 48 yaşlı Sənan Cəfərova ən qısa zamanda böyrək köçürülməlidir.

Ona 3-cü qrup müsbət, B(III)RH+ qan qrupuna malik böyrək tələb olunur.

2010-cu ildən dializ xəstəsidir, hazırda o həftədə ən azı iki dəfə dializə gedir. Böyrək köçürülməsi ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib. M.Cavadzadə adına Respublika Uroloji xəstəxanasında qeydiyyatdadır.

Sənan Cəfərovun iki azyaşlı övladı var. Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatika, telemexanika və idarəetmə kafedrasında çalışır, texnika elmləri namizədidir. S.Cəfərova yardım etmək istəyənlər 050 537-40-49 və 050 372 37 34 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm