Bu gün son gündür
Bizi izləyin

Qırmızı.az

Bu gün son gündür

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə işə qəbul üçün namizədlərin ərizə qəbulu başa çatıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər bu gün saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3 sentyabrda başlanıb. Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz “Şəxsi səhifə”lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər.

Əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Vakant yer tutmaq hüququ qazanan, keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

Qeyd edək ki, boş qalan və müsabiqə prosesində 1468 vakant yerə əlavə yerləşdirmə aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm