• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu küçələrdə həmişə yaşıldır – SİYAHI

Bu küçələrdə həmişə yaşıldır – SİYAHI

Bakıda yeni tədris ili başlayarkən avtomobil yollarında hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "yaşıl dalğa"ların (işıqforlarda ardıcıl yaşıl işıqlarının yanması) sayını artırır.

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Publika.az-a bildirdiyinə görə, həmin küçələrin adları artıq müəyyənləşdirilib:

"Yaşıl dalğa" prinsipi ilə işləyən küçə və prospektlər

Hərəkət istiqamətinin adı

1

Abbasqulu ağa Bakıxanov küçəsi

2

Rəşid Behbudov küçəsi

3

Tbilisi prospekti

4

Üzeyir Hacıbəyov küçəsi

5

Zərifə Əliyeva küçəsi

6

Akademik Həsən Əliyev küçəsi

7

Alfred Nobel prospekti

8

Hüseyn Cavid küçəsi

9

Bülbül prospekti

10

Səməd Vurğun küçəsi

11

Cəfər Cabbarlı küçəsi

12

Hənifə Ələsgərova küçəsi

13

Təbriz küçəsi

14

Abbas Mirzə Şərifzadə küçəsi

15

Qara Qarayev prospekti

Qeyd edək ki, "yaşıl dalğa"lar əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Qeyd olunan küçələrdə işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə "yaşıl dalğa"ların sayı xüsusilə artırılıb və bu proses davam edir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR