Zəlzələ sürüşmə zonalarına necə təsir edib?
Bizi izləyin

Qırmızı.az

Zəlzələ sürüşmə zonalarına necə təsir edib?

Sentyabrın 4-də ölkə ərazisində baş verən zəlzələ sürüşmə zonalarında aktivliyə və yeni sürüşmələrə səbəb olmayıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, mütəxəssislər zəlzələ baş verən bölgələrdə olub və monitorinqlər aparıblar. Lakin zəlzələ aktivliyə səbəb olmayıb.

Ə.Piriyev əlavə edib ki, son vaxtlar ölkə ərazisində müşahidə edilən yağıntılar da sürüşmə zonalarına təsir etməyib.

“Avqust ayı ərzində aparılan monitorinqlər nəticəsində sürüşmə sahələrində aktivlik qeydə alınmayıb. Bununla yanaşı, əməkdaşlarımız monitorinqləri davam etdirir. Sabahdan İsmayıllı və Şamaxıda da monitorinqlərə başlayacağıq”, - deyə Ə.Piriyev əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm