• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir – FOTOLAR

FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir – FOTOLAR

7 sentyabr 2015-ci il tarixində Bakı şəhərindəki “Kempinski Badamdar” otelində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar işə başlayıb.

Publika.az-ın məlumatına görə, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə seminar iştirakçılarını salamlayaraq, bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs edərək, Neftçala rayonu və Bakı şəhərinin Ramana qəsəbəsində FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi layihələrini slaydlar vasitəsilə təqdim ediblər.

Seminar davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR