“AZAL”dan qızlara dəvət – İŞƏ GƏLİN
Bizi izləyin

Qırmızı.az

“AZAL”dan qızlara dəvət – İŞƏ GƏLİN

“Azərbaycan Hava Yolları” QSC təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

“AZAL”-dan Publika.az-a verilən məlumata görə, namizədlər sentyabr ayının 10-dan oktyabr ayının 10-dək saat 10.00-dan 13.00-a kimi müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı və 180 sm-dən çox olmayan, Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa) sənədlərin əsli və surətləri tələb olunur.

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Kadrlar İdarəsinə təqdim olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm