“Şəkidə 7 bal və ondan güclü zəlzələ olmayacaq” – Qurban Yetirmişli
Bizi izləyin

Qırmızı.az

“Şəkidə 7 bal və ondan güclü zəlzələ olmayacaq” – Qurban Yetirmişli

“Azərbaycanda sentyabrın 4-də baş vermiş zəlzələ güclü hesab edilir”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sentyabrın 4-də ölkə ərazisində baş vermiş zəlzələni şərh edərkən bildirib. Onun sözlərinə görə, zəlzələ Şəkidən 30 km cənub-qərbdə baş verib:

“Hazırda əməkdaşlarımız dövlət başçısının tapşırığına əsasən tədqiqatları davam etdirirlər. Onlar orda bir sıra profillər üzrə işlər aparır, o cümlədən ocaqda gedən prosesləri müşahidə edirlər.İlin sonuna qədər bu işlər davam edəcək. Çünki ocaqda proses birdən-birə dayanmır. Zəlzələnin fon səviyyəsinə çatması bəzən aylar tələb edir. Ümumiyyətlə, Şəki tektonik zonadır və 1875-ci ildən bu günə qədər bu bölgədə çoxsaylı zəlzələlər olub”.

Yetirmişli deyib ki, prezidentin tapşırığına əsasən orada seysmoloji stansiyalar quraşdırılır.

Q. Yetirmişlinin sözlərinə görə, həmin ərazidə güclü zəlzələlərin olacağı gözlənilmir:

“Həmin ərazidə 7 bal və ondan güclü zəlzələ olmayacaq, tarixən orada baş verən zəlzələlər bizə bunu deməyə imkan verir. Lakin xırda avtoşoklar, 5 bala qədər zəlzələ gözləmək olar. Bu zəlzələ digər ərazilərdəki ocaqları oyada bilər. Konkret bölgə adı çəkmək istəmirik. Tarixən Şamaxı və İsmayıllı aktiv zona hesab olunur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm