Qırmızı.az
Hadı Rəcəbli: “Bəzi insanların yiyələndiyi ixtisas üzrə ölkədə müəssisə yoxdur”
Millət vəkili, siyasi elmlər doktoru, professor Hadı Rəcəblinin Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) mühazirəsi olub.
Publika.Az-ın məlumatına görə, “Azərbaycan Respublikasında sosial müdafiə sistemi” mövzusunda mühazirənin dinləyiciləri üçaylıq ixtisasartırma təhsilinə cəlb edilən ali məktəb müəllimləri olub.
Professor Hadı Rəcəbli bildirib ki, ali məktəb müəllimləri qarşısında mühazirə demək məsuliyyət tələb edir, buna baxmayaraq, belə dəvətlərdən imtina etmir: “Mən belə dəvətlərə həmişə məmnuniyyətlə gedirəm. Azərbaycan Müəllimlər İnstitutundan gələn dəvəti də məmnunluqla dəyərləndirdim. Çünki belə görüşlər münasibətləri yaxınlaşdırır”.
Professor Hadı Rəcəbli mühazirəsində Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən danışaraq bildirib ki, dövlətin əsas məqsədi vətəndaşlarını yaxşı yaşatmaqdır. Bir çox ölkələrin sosial siyasəti ilə müqayisə aparan deputat qeyd edib ki, Azərbaycan əksər məsələlərdə, o cümlədən, vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində düzgün yol tutub: “Yunanıstanda keçirilən seçkilərdə namizədlər insanlara onları daha yaxşı yaşadacağına dair vədlər verir. Həmin namizədlər seçilir və iş başına keçəndə məlum olur ki, dövlətin xəzinəsi boşdur. Seçilən şəxs vəd verdiyi üçün başqa dövlətlərdən borc götürməli olur. Nəticədə Yunanıstanın illərdir ki, yığılıb qalan borcları var. Azərbaycan dövlətinin sosial siyasəti isə elə qurulub ki, vətəndaşlar sosial müdafiəsini məhz özü təmin edə bilsin. Nümunə üçün pensiyaların hesablanmasında edilən dəyişikliyi qeyd edə bilərik. Həmin dəyişiklikdən sonra Azərbaycan vətəndaşının pensiyasının məbləği onun ödədiyi sosial sığorta ödənişinin məbləğindən asılı olaraq müəyyənləşdirilir. Yəni vətəndaş sosial sığorta hesabına nə qədər çox ödəniş etsə, pensiyasının məbləği də o qədər çox olacaq”.
Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi fəaliyyətdən danışan professor Hadı Rəcəbli vətəndaşların məşğulluğunun təmin edilməsində qarşıya çıxan problemlərə də toxunub. Onun fikrincə, ölkədə, xüsusən bölgələrdə ehtiyac duyulmayan sahələr üzrə kadrlar kifayət qədərdir və onlar məhz ixtisasları üzrə işlərlə təmin olunmağı tələb edirlər. Halbuki, həmin vətəndaşın yiyələndiyi ixtisasa uyğun müəssisə ümumiyyətlə Azərbaycanda yoxdur.
Professor Hadı Rəcəbli kurs dinləyicilərinin suallarını da cavablandırıb. Əsasən, pensiyaların hesablanması, ipoteka kreditlərinin verilməsi, müəllimlərə müəyyən imtiyazların tətbiqi ilə bağlı müzakirələrdə maraqlı təkliflər də səslənib.
Qeyd edək ki, institutda üç aylıq ixtisasartırma təhsilində 16 ali məktəbdən 40 müəllim iştirak edir.
Publika.Az
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK