Qurban Yetirmişli: “Masazırda qır yatağındakı evlər köçürülməlidir”
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: “Masazırda qır yatağındakı evlər köçürülməlidir”

“Masazırda qır yatağı ərazisi gərgin sahələrdəndir. Biz bununla bağlı tədqiqat aparmışıq”.

Publika.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, həmin ərazidə ən təhlükəli zonada tikilən evlər və binaların köçürülməsi barədə dövlət qərar verməlidir:

“Bizim işimiz tədqiqat aparmaqdır. Əhalinin köçürülməsi və digər məsələlərə dövlət qərar verir”.

Q,Yetirmişli Seysmoloji Xidmət Mərkəzinin aktiv zonalarda fərdi evlərin tikintisinə icazə verilməsinə də toxunub.

“Biz əsasən tikinti şirkətləri tərəfindən müraciət olanda araşdırma aparırıq. Fərdi evlər barədə də bizə müraciət edilərsə, araşdırma aparmağımız mümkündür. Lakin bizim bütün müraciətləri araşdıracaq qədər imkanımız yoxdur. Bu məsələni insanlar əsasən keçmiş üsullarla həll edirlər. Tarixən ərazidə yaşayanlar oranın seysmik aktivliyi barədə məlumatlı olurlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm