Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş xain terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Vecdi Gönülə və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Məktublarda bildirilir ki, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

"Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm