Qırmızı.az
Azərbaycan qanunsuz miqrantlarla mübarizəyə başlayır
Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə pilot layihə həyata keçirəcək. Layihə Azərbaycandakı qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını nəzərdə tutur.
Bunu Trend-ə eksklüziv açıqlamasında DMX-nin rəis müavini, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycandakı qanunsuz miqrantların deportasiyası ilə bağlı layihə BMqT ilə müzakirə edilib və razılaşdırılıb. Onun bir müddət sonra həyata keçirilməsi planlaşdırılır: “Layihənin reallaşması üçün 50 min manat maliyyə vəsaiti tələb olunur. Hazırda maliyyə məsələlərinin həlli üçün müzakirələr aparılır. Bu barədə BMqT-nin baş direktoru Uilyam Sinqin ötən həftə Azərbaycana baş tutan rəsmi səfəri zamanı danışıqlar aparılıb. Maliyyə məsələsi həllini tapandan sonra layihənin 1-2 ay ərzində icrasına başlanılacaq”.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...