Səhiyyə Nazirliyi vakansiya elan edir
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi vakansiya elan edir

Səhiyyə Nazirliyi tibb işçiləri ilə bağlı vakansiya elan edir.

Publika.Az-ın məlumatına görə, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq, iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə tibb işçiləri tələb olunur.

Tədbirlər keçiriləcək stadionlarda tibbi komandanın rəhbəri, Ümumi praktika həkimi, Tibb bacısı, Həkim- stomatoloq, stomatoloji kabinetində tibb bacısı, Həkim- oftalmoloq, Oftalmoloji kabinetində tibb bacısı, Həkim- otorinolarinqoloq, şüa diaqnostikası kabinetində tibb bacısı, həkim - laborant, laborant, həkim- reanimotoloq, təcili tibbi yardım üzrə tibb bacısı.

Xahiş olunur ki, maraqlananlar öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə iddia edilən vəzifəni qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.

Vakansiyalar və tələblər üzrə daha ətraflı məlumatı nazirliyin rəsmi saytından öyrənmək mümkündür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm