"Kaspi" təhsil mərkəzi yüksək bal toplayanları mükafatlandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

"Kaspi" təhsil mərkəzi yüksək bal toplayanları mükafatlandırdı - FOTO

Bu gün "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva 2014-2015-ci təhsil ilinə dair yekun hesabatı təqdim etmək və ictimaiyyəti gələcək plan və layihələrlə bağlı bilgiləndirmək məqsədilə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Sona Vəliyeva belə hesabat konfransının artıq ənənə halını aldığını deyib. O, şirkətin uğurlarından danışaraq qeyd edib ki, bu il "Kaspi" təhsil mərkəzlərində hazırlaşmış abituriyentlərin ümumi qəbul göstəricisi 95 faiz olub: "Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal bu il "Kaspi"də 450 bal olub. Keçən tədris ilində bu göstərici 380 idi. Bu tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici Cəfər Balakişiyev tərəfindən toplanılan 685 bal, rus bölməsi üzrə ən yüksək göstərici isə Nərmin Camalovanın topladığı 691 bal olub".

Sonda yüksək nəticə göstərmiş bütün abituriyentlərə şirkətin təsisçisi Sona Vəliyeva tərəfindən hədiyyələr təqdim edilib.

Bəxtiyar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm