İş axtaranlara xəbər var
Bizi izləyin

Qırmızı.az

İş axtaranlara xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə daha 9 rayonda əmək yarmarkaları keçirəcək.

Publika.az xəbər verir ki, yarmarkaların sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar və Lerik rayonlarında keçirilməsi planlaşdırılır. Bu aktiv məşğulluq tədbirlərində qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Hazırda həmin boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır.

Yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Tədbirlərdə işsiz və işaxtaran vətəndaşlardan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm