Çörəyin içindən milçək çıxdı – Bakıda – FOTO
Bizi izləyin

Qırmızı.az

Çörəyin içindən milçək çıxdı – Bakıda – FOTO

“Ötən gün NZS qəsəbəsində marketdən aldığım çörəyin içərisindən milçək çıxdı. İndiki dövrdə çörəyin içərisindən həşəratların çıxmasını təsəvvür etmək çətindir. Çörəyin üzərindəki paketdə "Xəzər" Çörək MMC yazılmışdı. Görəsən, MMC sahiblərinin bu məsələdən xəbəri varmı?”

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Vüsal Tağızadə adlı istifadəçi yazıb.

Məsələ ilə bağlı adı çəkilən zavodla əlaqə saxladıq. “Xəzər” MMC-nin istehsalat rəisi Pərviz Həsənov Publika.az-a açıqlamasında iddianı qəbul etməsə də, araşdırmaya ehtiyac olduğunu dedi:

“Çörək 320-360 dərəcə temperaturda bişir, orada milçəyin qalma ehtimalı çox azdır. Bundan başqa, həmin şəxs çörəyi bizim müəssisəyə təqdim edə bilər. Laboratoriya şəraitində onun bizim çörək olub-olmadığını müəyyən edə bilərik. Çünki ola bilər ki, rəqib firma öz çörəyini “Xəzər” MMC-nin paketinə qoysun. Keyfiyyət və qiymətlə rəqabət apara bilməyən sexlər bu üsula əl atırlar. Çörəyi başqa yerdən alıb, bizim MMC-yə məxsus kağızın içərisinə qoya bilərlər. Çünki bu gün hər kəs kimi biz də keyfiyyətə önəm veririk. Belə hala yol vermərik”.

Fakta münasibət bildirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı zavodda araşdırma aparılması üçün həmin şikayətçinin quruma müraciət etməli olduğunu dedi. Yalnız bundan sonra, şikayət əsasında araşdırma aparıla bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm