DGK: “Sınıq Körpü”dəki sıxlıq aradan qaldırılıb
Bizi izləyin

Qırmızı.az

DGK: “Sınıq Körpü”dəki sıxlıq aradan qaldırılıb

Sentyabrın 9-da səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Komitədən Publika.az-a verilən məlumata görə, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə də səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb. Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm