Dövlət Taxıl Fondu üçün buğda qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Qırmızı.az

Dövlət Taxıl Fondu üçün buğda qəbulunun vaxtı uzadıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən başlayan yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbulu noyabrın 1-dək davam edəcək:

I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla

buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla

yapışqanlığın keyfiyyəti (göstərici: 65-85)

VI. Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

VII. İy və dad - bütün bitkilər üfunət, səməni, acı yovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad yol verilmir.

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir.

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir.

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900–dan 1800–a kimi):

“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,

“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi, tel: 012-342-90-03; 0-70-345-12-18,

“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 0115-3-23-21, 0-55-760-35-05; 0-50-382-35-84

“Karat-Holdinq” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi-23, tel.: 012-342-09-50, 0-50-223-18-97

“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şosesi-23, tel: 012-342-59-12.

“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20

“N.Quliyev adına Bakı-Taxıl” ASC: Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel. 012-567-00-76; 566-21-72

“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03

“Neon” firması : Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel./faks: 022-57-57-22, 0-50-220-30-27

“EL” KM: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel: 012-346-08-08, 012-346-08-00

Əlavə məlumat almaq üçün 070-271-71-33 mobil, 012-512-50-25 iş nömrələrinə zəng edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm