• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya BMP-ləri Azərbaycana göndərir

Rusiya BMP-ləri Azərbaycana göndərir

Rusiyanın istehsal etdiyi BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılması 2016-cı ildə yekunlaşacaq.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycana çatdırılan BMP-3-ün (piyada döyüş maşını) sayı 100-ə çatdıralacaq.

Hazırda son 50 maşının çaydırılması gözlənilir.

“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir", - deyə "Rosoboroneksporta"nın nümayəndəsi bildirib.

Bu ilin əvvəllərində məlum olub ki, Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını yekunlaşdırır.

Daha əvvəl "Rosoboroneksporta"da bildirirdilər ki, Rusiya ilə 2010-cu ildə bağlanan müqaviləyə əsasən silahların və texnikanın böyük partiyasının çatdırılması 2017-ci ildə yekunlaşacaq.

Kütləvi İnformasiya Vasitələrin (KİV) məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.

Ekspertlər qeyd edirlər ki, müqavilələrin bu paketinin dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edib.


T-90S tankı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR