Qırmızı.az
Azərbaycanda qadınlar da Orduya yazılır - VİDEO
Vətənin keşiyində dayanan oğullarla yanaşı, qızların da
sayı artmaqdadır. Bəs qızlar oğlanlardan fərqli olaraq hərbi
xidməti necə keçir?
Sıravi vətəndaşın ən ali borcu vətənə xidmətdir. Hər bir
vətəndaşın yurdu qarşısında öhdəlikləri var, elə qadınların
da.
Ölkəmizdə əvvəlki illərlə müqayisədə hərbi xidmət keçmək istəyən
qadınların sayı xeyli artıb. Bu barədə Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmisi
polkovnik Malik Məmmədov bildirib:
“Bu gün qadınlara şərait yaradılıb ki, Azərbaycan respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət
etmədən istənilən qoşun hissəsində qulluq etmək istəyi ilə özləri
fərdi qaydada müraciət edirlər”.
19 yaşdan 40 yaşadək qadınlar və ehtiyatda olan zabitlər yaşayış
yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi
qeydiyyata alındıqdan sonra onlar hərbi biletlərlə təmin
edilirlər.
Eləcə də hərbi qeydiyyata götürüldükdən sonra qadın vətəndaşlar könüllü surətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Hərbi ekspert Üzeyr Cəfərov qadınların da hərbi xidmətdə böyük
rolu olduğunu vurğulayır:
“Həm nizam-intizamın möhkəmlənməsi, həm də kollektivdə
mehribançılığın olması baxımından bu çox önəmildir. Bundan başqa,
xanımlar həm də anadırlar. Özəliklə əsgərlərin və zabitlərin daha
çox bağlı olduqları insanlardır”.
Hərbi bileti aldıqdan sonra orta təhsillilər gizir, ali təhsillilər zabit kimi silahlı qüvvələrdə işləyə bilərlər. Vətən, rahat ola bilərsən, keşiyində dayanan oğullarla yanaşı, qızlarının da sayı artmaqdadır.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR