Bu küçələrə girməyin: təmir olunur - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bu küçələrə girməyin: təmir olunur - FOTOLAR

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonunda bir neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələri uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsi təmir olunur.

Sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyacı olan yerlərdə yol yatağı bərkidiləndən sonra bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm